Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“BakuBus” -sürücülərin işə qəbulunu elan edib

“BakuBus” sürücülərin işə qəbulunu elan edib

Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC sürücülərin işə qəbulunu elan edib.

Yenixeber.org:  Bu barədə şirkətdən xəbər verilir.

Məlumata görə, “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinə malik, yaşı 23-dən az və 65-dən çox olmayan, həmçinin, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər "BakuBus"a müraciət edə bilərlər.

Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

"BakuBus"da sürücü kimi çalışmağın aşağıdakı üstünlükləri var.

- Əmək müqaviləsi əsasında işə qəbul

- 2 növbəli, 8 saatlıq iş rejimi

- Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat

- Gələcək pensiya təminatı

- Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)

- İl ərzində əmək məzuniyyətindən istifadə olunması

- Sanatoriya və istirahət evlərinə yollayışların verilməsi

- Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat

- Xüsusi geyim forması ilə təminat

Sürücülər qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam