Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Emin Əmrullayev məktəb direktoruna töhmət verdi -ƏMR


Təhsil Nazirliyi sosial şəbəkədə məzuniyyət vaxtı avtobus sürücüsü işləməyi ilə bağlı yalan məlumat yayan məktəb direktoru barədə qərar verib.
Yenixeber.org: Nazirlikdən, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə "Müəllimlərin etik davranış Qaydaları"nı  pozduğuna görə, Təhsil nazirinin müvafiq əmri ilə töhmət verildiyi bildirilib.

Qeyd edək ki, ötən gün Bakı Nəqliyyat Agentliyi də Elnur Rzayevlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir:
““BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o, bunu sadəcə paylaşım xatirinə edib: "BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasına həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlər cəlb olunur. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam