Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Dünyada yeni "X virusu" yaranacaq...

Çin: Dünyada yeni X virusu yaranacaq

Dünya gələcəkdə yeni virusla qarşılaşacaq.

Yenixeber.org: Xarici mətbuatın yaydığı xəbərə görə bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzinin başçısı Qao Tfu bildirib.

Onun sözlərinə görə, yeni "X virusu" istənilən yerdə istənilən vaxt yarana bilər, eyni zamanda onun xüsusiyyətləri hələ heç kimə məlum deyil.

"Gələcək insanlıq naminə problemin həlli üzərində birlikdə işləmək lazımdır. Bununla əlaqədar olaraq mən "dörd C prinsipi"ni təklif edirəm: əməkdaşlıq, rəqabət, ünsiyyət və ya informasiya mübadiləsi və nəhayət, üçüncü tərəflə koordinasiya", - Qao Tfu elm və texnologiyalar beynəlxalq forumunda çıxışın gedişatında deyib.

O, real və yalan faktların bir-birinə qarışdığı fenomeni "infodemiya" adlandıraraq, koronavirus haqqında yanlış məlumatların təhlükəsini də vurğulayıb.

"Bu bir çox şayiə və problemlər doğurur, hansıları ki, həll etmək lazım gəlir", - Tfu qeyd edib. O, Çin tərəfindən açıq informasiya mübadiləsinin alimlərə bütün dünyada koronavirus vaksinlərinin hazırlanılmasına operativ başlamağa imkan verdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam