Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni QHT rəhbəri:"Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"

Ermənistanda koronavirusa yoluxanlar və bu infeksiyadan ölənlərlə bağlı əhaliyə saxta informasiya verilir.

Yenixeber.org: Bununla bağlı Ermənistan "Azad" İnformasiya Mərkəzinin direktoru və təsisçisi Şuşan Doydoyan özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, rəsmi mənbələrin yalan informasiya yayması jurnalistləri və ictimaiyyətdə çaşqınlıq yaradır: “Bu isə yanlış informasiyaların yayılmasına səbəb olur. Hər gün virusdan ölən və ona yoluxanlarla bağlı müxtəlif mənbələrdən məlumat yayılır". 

"Nəhayət qərarlaşdırın, hansı rəsmi informasiya mənbəyi daha uyğundur - Vahid informasiya mərkəzi, Səhiyyə Nazirliyinin mətbuat katibinin “Facebook” səhifəsi, Səhiyyə Nazirliyinin, yaxud hökumətin “Facebook”, hökumətin iclasından birbaşa yayım. Bizə dəqiq, vaxtında və bitkin informasiya lazımdır”, - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam