Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib

 

Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib
Azərbaycanlı iş adamı, milyarder Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib.
Yenixeber.org: Bu barədə "Vijesti" nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.
“Telman İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istəyib. Buna görə də onun Rusiya Federasiyasına ekstradisiyası sual altında olacaq", - məlumatda deyilir.
Rusiya tərəfindən verilən axtarış qərarı ilə Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi İsmayılov dünən Podqoritsa şəhərində saxlanılıb. Podqoritsa məhkəməsi isə oktyabrın 2-də Telman İsmayılov barədə həbs qərarı çıxarıb. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib.
Onun vəkili Marina Rusakova bildirib ki, gələn həftə bu qərarın dəyişdiriləcəyinə ümid edir. Bir aydan gec olmayaraq isə onun ekstradisiyası ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib. Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.
İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Sözügedən cinayəti törədən Mehman Kərimov 13 il azadlıqdan məhrum edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam