Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məhkəmə Telman İsmayılovun apellyasiyaşikayətinirədd edib

"Beynəlxalq axtarışda olan Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov heç vaxt gizlənməyib. O, son üç ildə Türkiyədə yaşayıb".
 Yenixeber.org: Məlumata görə, bunu Telman İsmayılovun vəkili Marina Razina bildirib. "Telman İsmayılov heç vaxt gizlənməyib. Onun xaricdə olması ilə bağlı xəbər Rusiyada deyil, uzun illər xaricdə yaşamasına əsaslanır. Son üç ildə daimi olaraq Türkiyə ərazisində yaşayıb", – deyə vəkil vurğulayıb.
 
M.Razina qeyd edib ki, bu məqam istintaqa məlum idi: "Belə ki, Telman İsmayılov istintaqın sorğusunda xarici pasportunun nüsxəsi ilə öz ünvanını dəqiq göstərib".
 
Qeyd edək ki, bu gün Moskva Şəhər Məhkəməsində Telman İsmayılovun barəsində qiyabi həbs qərarından şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib və əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.
 
Xatırladaq ki, noyabrın 13-də yəhudi əsilli azərbaycanlı iş adamı Telman İsmayılov 2 nəfərin qətlinin təşkilində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Məhkəmə onun qiyabi həbsi barədə sanksiya verib. Bu cinayət işi çərçivəsində T. İsmayılovun qardaşı Rafiq İsmayılov həbs olunub. O, iş adamları Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. Barəsində həbs qərarı verilən Rafiq İsmayılov və Mehman Kərimov iki və ya daha çox şəxsin qətlində ittiham olunurlar.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam