Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Abşeron polisi əməliyyat keçirib, saxlanılanlar var-FOTOLA+VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşlarının daxil olan əməliyyat məlumatları əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxıanılıblar.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Ramin Qasımov və əvvəllər məhkum olunmuş Rəfayel Şükürov tutularaq istintaqa təqdim ediliblər.

Ramin Qasımovun üzərində şəxsi axtarış aparılan zaman ondan 11 qram heroin və 13 qram psixotrop maddə olan metamfetamin, Rəfayel Şükürovdan isə 2 qram heroin və 43 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər iki şəxs ifadələrində Hökməli qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam