Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Balaxanıda narkotik alverçiləri saxlanılıb

 
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən saytımıza verilən məlumata görə, əməliyyat zamanı Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş qəsəbə sakini Tural Vəliyev və tanışı paytaxt sakini Bahadır Kərimov tutulublar.

Polis Şöbəsində onların üzərində şəxsi axtarış aparılan zaman B.Kərimovdan 0,246 qram psixotrop maddə metamfetamin, T.Vəliyevdən isə 2,512 qram heroin və 0,165 qram metamfetamin aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Vəliyevin qəsəbə ərazisində yerləşən evinin yaxınlığında yarımtikilidə gizlətdiyi 1 kiloqram 700 qran heroin də aşkar olunaraq polislər tərəfindən götürülüb. Saxlanılan şəxslər Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Faktla bağlı 12 –ci Polis Şöbəsində toplanan materiallar araşdırlmasi üçün Sabunçu RPİ-nə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam