Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Vaksinasiya prosesi və peyvəndləmə haqqında -təbliğat kampaniyaları davam edir

 

Azərbaycanda vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir.

Yenixeber.org: Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün növbəti təbliğat kampaniyasını həyata keçirir.

“Birimiz hamımız üçün peyvənd olunaq” şüarı altında həyata keçirilən təbliğat kampaniyası “Peyvənd olunaq – darıxdığımız həyatı qaytaraq” şüarının davamı olmaqla yanaşı vaksinasiyanın yaxınlarımızı və təmasda olduğumuz hər kəsi qorumağın əsas yolu olduğunu göstərir.

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında darıxdığımız həyatı qaytarmağa dəstək olan şəxslərə minnətdarlıq edilir, COVID-19 pandemiyasından xilas olmağın yeganə yolunun vaksinasiya olduğu əks olunur.

Kampaniya çərçivəsində işıq üzü görən videoçarx vaksin olunan şəxslərə “təşəkkür” xarakterlidir. Yanvar ayından etibarən başlayan və hazırda da davam edən vaksinlənmə prosesi nəticəsində bağlı olan əksər iş yerləri açılmış və iş saatları normaya qayıtmışdır.

Əsas mesaj isə ondan ibarətdir ki, peyvənd olunmaq şəxsi yox, cəmiyyət ilə bağlı verilən qərardır. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Birimiz hamımız üçün peyvənd olunaq.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.

Videoçarx: 

https://youtu.be/mTCLj2weDcE

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam