Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycan -“AsstraZeneca” və “Pfizer” peyvəndləri alacaq

Azərbaycan “AsstraZeneca” və “Pfizer” peyvəndləri alacaq

Yenixeber.org: Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Anadolu Ajansa açıqlamasında deyib.

Ramin Bayramlı Azərbaycanın keçmiş sovet respublikaları arasında peyvəndə tez başlayan ölkələrdən biri olduğunu bildirib: “Yanvarın 18-dən başlanan peyvəndləmə prosesi uğurla həyata keçirilir. Prezident İlham Əliyev “Sinovac” peyvəndinin Türkiyədəki distributoru, həm də Çin digər istehsalçılar tərəfindən peyvənd tədarükünün təmin edilməsi üçün xüsusi səy göstərdi. Vaksinasiya prosesi Bakının bütün poliklinikalarında və bölgələrdəki 90 mərkəzdə həyata keçirilir. Bu günədək 800 min doza peyvənd tətbiq edilib”.

TƏBİB rəsmisi “Sinovac”dan əlavə, COVID-19 Peyvəndləri Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində “AsstraZeneca” və “Pfizer” peyvəndlərinin alınacağını da bildirib: “Prosesə səhiyyə işçilərinin peyvəndlənməsi ilə başladıq. Daha sonra 65 və 60 yaşlarında olan vətəndaşlar peyvənd vuruldu. İndi 40 yaşın üzərində vətəndaşlar vaksinasiya olunur. Çox sürətlə davam edən proses rəqəmsal olaraq da qeyd olunur. Ölkəmiz ən uğurlu peyvənd tətbiq edən ölkələrdən biridir. Hədəfimiz ölkə əhalisinin 80 faizini peyvənd etməkdir. 8 milyon insanın vaksinasiya edəcək 16 milyon doz peyvənd üçün müqavilə imzalanıb. Bu, epidemiyaya son qoymaq üçün əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, yay aylarına qədər peyvənd müddətini uğurla başa çatdıracağıq”.

Ramin Bayramlı peyvəndi olanlardan çox az qisminin COVID-19-a yoluxduğunu qeyd edib: “Bu insanlar xəstəliyi çox yüngül keçirir. Bu qrupda ağır vəziyyətlə qarşılaşmamışıq”. (teleqraf.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam