Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Göyçayda qonşusunun evindən -20 000 manat oğurlayan şəxs saxlanılıb

 

         DİN-in “102” Zəng Mərkəzinə Göyçay  rayonunun Potu kəndindəki evlərin birindən 20 000 manat pulun naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törədən şəxsin zərərçəkmişin qonşusu, Potu kənd sakini Şəmil Əmrahov  olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

         Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulları özünə məxsus bağ sahəsində ağacın dibində gizlətdiyini bildirib. Pullar həmin yerdən götürülüb və maddi sübut kimi istintaqa təqdim olunub.

         Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinə cinayət işi başlanılıb, istintaq aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam