Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Alim Qasımovun evindən oğurluq edən kürəkəni -pul və qızılları İsmayıllıda gizlədibmiş

Alim Qasımovun evindən oğurluq edən kürəkəni pul və qızılları İsmayıllıda gizlədibmiş
Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamov cinayətin işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org: İclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Hüseynovun sədrliyi ilə baxılıb.

Prosesdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı şahid qismində ifadə verib. O bildirib ki, Elnur Mövlamovu əməliyyat-axtarış tədbirləri nəticəsində tutublar.

E.Mövlamov polisin dediklərinə irad bildirib.

Polis əməkdaşı söyləyib ki, təqsirləndirilən şəxsə xəsarət yetirilməyib: "Hətta tutulanda özü mənə dedi ki, 3-4 gün əvvəl qumar oynayıb. Orada dava düşüb və xəsarət alıb".

E.Mövlamov isə təkidlə hakimdən əməliyyat çəkilişinə baxılmasını və orada xəsarət aldığını deyib.

Proses zamanı məlum olub ki, E.Mövlamov Alim Qasımovun evindən oğurladığı pul və qızılları İsmayıllıda Basqal kəndində gizlədibmiş. Orada 2 600 dollar və 5 min manat pul olub. Əməliyyat zamanı həmin pullar tapılıb. E.Mövlamov oğurladığı qızılları da özü polisə təqdim edib.

Növbəti iclas sentyabrın 7-ə təyin olunub.

Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam