Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“O, ittihamlara cavab vermək istəmir” - Alim Qasımovun mətbuat katibi

"Onu hər yerdə Ustad Alim Qasımov kimi tanıyırlar".

 

Yenixeber.org: Xəbər verildiyi kimi kulturoloq Ənvər Börüsoy AzNews.az-a müsahibəsində xalq artisti Alim Qasımovun xarici qüvvələrin təsiri ilə fəaliyyət göstərdiyini bildirib.

Alim Qasımovun mətbuat xidmətinin rəhbəri Səadət Möhübova AzNews.az-a açıqlamasında söyləyib ki, xalq artisti bu cür adamlar haqqında fikir bildirmək istəmir.

“Alim Qasımov ömrünü muğam sənətinə həsr etmiş insandır. O, neçə illərdir muğam sənətini həm ölkə daxilində, həm də ölkə xaricində tanıtmağa çalışır, həm dünyada, həm Azərbaycanda Alim Qasımovun sənətini yüksək qiymət verirlər. Alim Qasımov o sənətçidir ki, muğamı dünyanın dörd bir yanına aparıb, məşhur salonlardan onun səsi yüksəlib və Azərbaycan muğamını onlara sevdirib. Onu hər yerdə Ustad Alim Qasımov kimi tanıyırlar. Bu, o deməkdir ki, onu muğam bilicisi, sənətkarı kimi bütün dünya sevir. Bu yaxınlarda Böyük Britaniyada Alim Qasımovun rəhbərliyi ilə səhnələşdirilən “Leyli və Məcnun” operasına olan maraq onun necə böyük sənətkar olduğunu bir daha təsqdiqlədi. Gəlin nəyinsə xətrinə məntiqə uyğun olmayan müsahibə verib özümüzü gülüncə vəziyyətə salmaq yerinə dəyərlərimizə qiymət verək və Azərbaycan xalqını ve adını daima yüksəltməyə çalışaq. Alim Qasımov bu cür ittihamlara cavab verməyi sevmir, yalnız gülüb keçir. Çünki Alim Qasımova əsl qiyməti Azərbaycan xalqı verib”.Səadət Möhübova belə deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam