Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Balakəndə narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb

        

 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı  Zaqatala şəhər sakini Tahir Balayev saxlanılıb. Şəxsi axtarış zamanı  ondan kağız bükümlərdə qurudulmuş marixuana aşkarlanıb.Araşdırma zamanı T.Balayevin həmin narkotik vasitəni rayon ərazisində satmaq məqsədilə üzərində daşıdığı məlum olub.

         Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə güclü təsirə malik narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayonun Hənifə kənd sakini  Ələsgər Gəncəliyev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

         Saxlanılan şəxsin ətrafında davam etdirilən  tədbirlərlə onun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, Ə.Gəncəliyevin yaxın qohumuna məxsus evdən də oğurluq etdiyi məlum olub.

         Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam