Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Xuzistandan sonra Ərdəbil də ayağa qalxdı:İqtisadi tələblə aksiya keçirilir


İranın Xuzistan şəhərində davam edən aksiyalar getdikcə ölkənin digər əyalətlərinə də yayılmağa başlayıb.

Yenixeber.org: Xuzistan əhalisi susuzluqdan əziyyət çəkdiklərini, iqtisadi və sosial vəziyyətlərinin ağır olduğunu bəyan edərək, hökumətdən problemləri aradan qaldırmağı tələb edirlər.

Qeyd edək ki, etirazları yatırmaq məqsədi ilə bölgəyə Daxili Qoşunların əsgərləri yeridilib. Toqquşmalar nəticəsində 3 nəfər ölüb, onlarla yaralının olduğu deyilir. Ddünən gecə isə hökumət qüvvələri Xuzistan şəhərinin mərkəzinə bir neçə tank yerləşdiriblər.

JAMAZ.İNFO xəbər verir ki, Xuzistan vilayətində baş verənlərin ardından bu gün Ərdəbil şəhərində də etirazlara start verilib. Məlumata görə, əhali şəhər meydanına toplaşaraq, qiymətlərin baha olmasına, aldıqları maaşın gündəlik təlabatlarını ödəməyə çatmadığına, habelə ölkəyə vaksin gətirilməməsinə etiraz ediblər. Son xəbərlərə görə, Ərdəbildəki etirazlara yaxın şəhərlərin əhalisi də qoşulmağa başlayıb. Hökumət qüvvələri Ərdəbildəki aksiyanın böyüməməsi və kənar şəhərlərin sakinlərinin də prosesə qoşulmaması üçün ana magistralların hamısını bağlayıb. Belə ki, Nəmin, Səreyn, Sərab və Rezayi şəhərlərinə gedən yollara polsi postları qoyulub, şəhərə giriş-çıxış dayandırılıb.

Xatırladaq ki, İran uzun illərdir iqtisadi və siyasi sanksiyalara məruz qalıb. ABŞ-ın tətbiq etdiyi sanksiyalar 1979-cu il İslam İnqilabından sonra tətbiq edilib və bu günə kimi davam edir. Həmin sanksiyalara rəğmən, İran hökuməti ayaq üstə dayanmağı bacarsa da, koronavirus pandemiyasından sonra iqtisadi sahədə ciddi problemlərlə üzləşməli olub. Artıq əhali etirazlara başlayıb və əsas tələb də iqtisadi məsələlərlə bağlıdır.

Onu da bildirək ki, bir qrup fəal iyulun 24-də iqtisadi problemlərlə bağlı Təbriz, Urmiyə, Zəncan və Marağa şəhərlərində aksiya təyin edib. Bununla bağlı, bütün sosial şəbəkələrdə, habelə əhali arasında kağızlar paylanaraq çağırışlar edilir.(jamaz.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam