Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Qonşu ölkədə 36 nəfər saxta spirtli içkidən ölüb

 

Ötən 1 sutka ərzində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində 36 nəfər saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində ölüb.

Yenixeber.org: Bu barədə IRNA informasiya agentliyi məlumat verib. Bunu İranın Xuzistan vilayətinin Əhvaz Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur jurnalistlərə açıqlamasında deyib.

Ə.Ehsanpurun sözlərinə görə, saxta spirtli içkilərdən istifadə etməsi ilə əlaqədar 270 nəfər xəstəxanalara müraciət edib.

Ehsanpur əlavə edib ki, müraciət edənlərin 95%-i Əhvaz rayonuna aiddir. Pasiyentlərin 150 nəfəri müalicə olunaraq buraxılıb.

Qeyd edək ki, yeni koronavirusun müalicəsində spirtli içkilərdən istifadənin bu virusa qarşı faydalı olması şayiəsi yayılıb. İranın Xuzistan vilayətində ötən günədək (9 mart) 83 nəfərin bu virusa yoluxması və 18 nəfərin ölməsi təsdiqlənib.

Əlavə edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək (9 mart) 7 161 nəfərin yeni koronavirusa yoluxduğunu, 237 nəfərin öldüyünü və 2 394 nəfərin sağaldığını təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam