Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Azərbaycandan 14 milyon çıxaran ər-arvadla bağlı -7 günlük möhlət…

Azərbaycandan 14 milyon çıxaran ər-arvadla bağlı 7 günlük möhlət…

Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları açıqlana bilər.

Yenixeber.org: Hakim Vanessa Bareytserin mayın 27-də verdiyi hökmdə deyilir ki, Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir. İngiltərənin əsas məhkəmələrindən biri olan Uestminister məhkəməsində sözü gedən ər və arvadın adlarının açıqlanması üçün iddianı Britaniyada çıxan The Evening Standard qəzeti qaldırıb.

Bu işin üstünü açmış Britaniya Milli Cinayət Agentliyi (NCA) də son mərhələdə tələb tərəfinə qoşulub. NCA cütlüyün 10-dək müxtəlif bank hesablarında olan 6.5 milyon funt sterlinq vəsaitinin müsadirəsinə çalışır.

Məhkəmə qərarında deyilir ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır.  Hakim güzəşt olaraq indiyədək yalnız X və Y kimi təqdim olunan ər və arvadın adlarının açıqlanmasınadək yeddi gün vaxt qoyub.

Onlar bu müddət ərzində qərara ədliyyə baxışının keçirilməsini təşkil edə bilərlər. Cütlüyün vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər.

Vəkillərin iddiasına görə adların açıqlanması başqa məhkəmə baxışlarını təsirləndirə bilər. The Evening Standard yazır ki, vəkillərin vəsatəti uğursuz olarsa X və Y-in adları gələn həftə ictimailəşdiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam