Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Cahangir Hacıyevin həyat yoldaşı məhkəməyə verildi-İngiltərədə

 

 

Yenixeber.org: Böyük Britaniyanın məşhur Daily Mail qəzeti Azərbaycanla bağlı maraqlı yazı dərc edib.
Məqalədə deyilir ki, Londonda yaşayan bir azərbaycanlı qadına qarşı iş qaldırılıb. Buna səbəb onun Harrods adlı ticarət mərkəzində 10 il ərzində 16 milyon funt sterlinq dəyərində alış-veriş etməsinin aşkara çıxarılmasıdır.Bu məlumatı əldə edəndən sonra qadınla bağlı araşdırma aparan Milli Cinayət Agentliyi müəyyən edib ki, bu şəxsin Londonda iki mülkü var və onların dəyəri 22 milyon funt sterlinqdir.

Milli Cinayət Agentliyi bu il korrupsiya və çirkli pullarla mübarizə ilə bağlı qəbul olunmuş qərara uyğun olaraq bu addımı atıb. Agentli Aıi Məhkəməyə bu məsələ ilə bağlı müraciət edib və məhkəmə artıq araşdırma prosesinə başlayıb.O da bəlli olub ki, qadının əri xarici ölkədə bankir kimi fəaliyyət və həzırda həbsxana həyatı yaşayır.Milli Cinayət Agentliyi müəyyən hüquqi səbəblərdən hələlik qadının adını elan etməyib. Londonda 22 milyon funt sterlinqlik daşınmaz əmlakı olan bu qadın əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməsə, onların müsadirə edilməsi gözlənilir.
Milli Cinayət Agentliyi hesab edir ki, qadına məxsus bu iki evi onun əri bankirlik edərkən qanunsuz yolla əldə.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, 55 milyon funt sterlinqlik varidatı olan bu ailə 10 il əvvəl Böyük Britaniyada investor vizası alıb.
Milli Cinayət Agentliyini məhkəmədə təmsil edən Conatan Xoll bildirib ki, qadın 10 ik ərzində “Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinq pul xərcləyib və bu məbləğin necə əldə edildiyini müəyyənləşdirmək istəyirik.

Bankirin xanımı məhkəməyə təqdim etdiyi izahatda ərinin bu pulları uğurlu biznes fəaliyyəti nəticəsində əldə etdiyini iddia edib. Milli Cinayət Agentliyinin nümayəndəsi qadının izahatında irəli sürdüyü fikirlərlə razı olmadıqlarını deyib.Buna səbəb, onların qadının dövlət bankında işləmiş ərinin uğurlu biznes fəaliyyəti ilə bağlı internet məlumatlarını tapa bilməmələridir.

Cənab Xoll deyir ki, adam uğurlu biznesmen idisə, niyə onun belə fəaliyyəti ilə bağlı açıq mənbələrdə heç nə yoxdur?
Qadının vəkili Ceyms Lyuis Milli Cinayət Agentliyini müdafiə etdiyi şəxsin əri haqqında həqiqətə uyğun olmayan mövqedə günahlandırır. Vəkil bildirir ki, qadının əri doğrudan da uğurlu iş adamı olub.Lyuis onu da qeyd edib ki, qadının əri ölkəsində ədalətsiz məhkəmə hökmü nəticəsində həbsxanadadır.Vəkil hesab edir ki, qadının əri nə qədər ki, həbsxanadadır, əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməz. Bunun üçün onun ərinin azadlıqda olması lazımdır.

Qeyd etmək yerinə düşər ki, məqalədə söhbətin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevdən getdiyi şübhə doğurmur.

azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam