Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakı Dövlət Sirki -artist axtarır

Bakı Dövlət Sirki artist axtarır

Yeni strukturu formalaşdırılan Bakı Dövlət Sirkinə janr üzrə artistlərin işə qəbulu elan edilir. Bununla əlaqədar sirkin milli truppa və orkestri yenidən təşkil olunacaq.

Yenixeber.org: Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sirkə Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər dəvət edilir.

Seçim zamanı respublikamızın bədii təhsil üzrə müvafiq ali və orta ixtisas məktəblərinin, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, habelə digər ölkələrin ixtisas təhsili müəssisələrinin məzunları ilə yanaşı, sirk sənətində yüksək qabiliyyət və bacarığı olan şəxslərə də üstünlük veriləcək.

İxtisas üzrə iş təcrübəsinə malik 29 yaşadək gənclərin müraciət etməsi tövsiyə olunur.

Namizəd tərcümeyi-halını (CV) və özü barədə hazırladığı qısa videonu 

[email protected]

 elektron poçt ünvanına və ya “WhatsApp” mobil tətbiqi vasitəsilə (+994 50 204 04 54) təqdim edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam