Redaktor seçimi
“Rəqabət Məcəlləsi” Kamaləddin Qafarovu durdura biləcəkmi? -
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” -
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Günün xəbəri

Qəbul imtahanlarında yenilik

 

Bu il Azərbaycanda xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul zamanı yeniliklər tətbiq ediləcək. 

Xeberinfo.com:  Məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya deyib ki, 2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq, seçmə turlar keçirilməyəcək. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin onlayn qeydiyyatı aparılacaq ki, bu da abituriyentlərə elektron xidmətdən istifadə edib rahat qeydiyyatdan keçməsinə imkan yaradır.

N.Əliyev qeyd edib ki, abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq, ümumi qaydada elektron ərizə doldurub təsdiqini təmin etdikdən sonra TQDK-nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər: "Abituriyentlər onlayn qeydiyyatdan keçdikdən sonra onların sayı müəyyənləşəcək və buna uyğun olaraq gün təyin edilərək qabiliyyət imtahanlarına cəlb ediləcəklər. Elektron qeydiyyat ali təhsil müəssisələrinin I qrup "memarlıq" ixtisası üzrə - aprelin 15-dən 30-dək, ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə - mayın 6-dan 19-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək aparılacaq. Qabiliyyət imtahanlarında yerinə yetirilməsi tələb olunan tapşırıqlar, qiymətləndirilmə meyarları və digər məlumatlar TQDK-nın vəsaitlərində verilmiş, həmçinin abituriyentləri məlumatlandırmaq üçün müvafiq ali təhsili müəssisələrində qabiliyyət imtahanları ilə əlaqədar məsləhət saatları keçiriləcək. Bu haqda ali təhsili müəssisələrinin internet saytlarında məlumat verilir".

Şöbə müdiri əlavə edib ki, qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. Onun sözlərinə görə, imtahanda topladığı ballar TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent" jurnalının 2016-cı il tarixli 2-ci sayında, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri "Abituriyent" jurnalının 3-cü sayında nəşr edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam