Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Əlcəzair nəşri -Qarabağ haqqında analitik məqalə yayıb

Əlcəzair nəşri Qarabağ haqqında analitik məqalə yayıb
“Əl Əxbariya” nəşri Əlcəzair Universitetinin professoru Yusif Xorinin “Qarabağın azad edilməsindən sonra yaranmış yeni reallıqlar” sərlövhəli analitik məqaləsini yayıb.
Yenixeber.org: Məqalədə Qarabağın işğaldan azad edilməsindən və Ermənistanın məğlubiyyətindən sonra Cənubi Qafqaz regionunun geosiyasi xəritəsinin dəyişdiyi, Azərbaycanın dünya birliyinin iqtisadi cəhətdən inkişaf etmiş, hərbi və siyasi baxımdan qüdrətli ölkəsi kimi 44 günlük müharibədən sonra nüfuzunu daha da artırdığı qeyd olunur.

Əlcəzairli professor yazır: “Biz görürük ki, regional alyansların mövqeyi daha da aydınlaşıb. Rusiya müharibə vaxtı hücuma məruz qalmayan, əksinə, başqasının torpağını işğal etmiş və təcavüzkar dövlət kimi tanınan Ermənistanı dəstəkləmədi. Azərbaycanla qardaş bağları olan Türkiyə isə Bakıya tam dəstəyini ifadə etdi. İrana gəldikdə, rəsmi Tehran Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdi. Ağır məğlubiyyətə düçar olan və kapitulyasiyaya imza atan Ermənistanda ölkədaxili siyasi sarsıntılar mərhələsi başlandı. Bu ölkədə qeyri-sabitlik və xaos ermənilərin regionda olan-qalan rolunun tamamilə itirilməsi ilə nəticələnəcək”.

Məqalədə vurğulanır ki, müharibədən sonra Türkiyə-Azərbaycan alyansı daha da möhkəmlənib. Diqqətə çatdırılır ki, bunun sayəsində Azərbaycan regionun ən güclü dövləti kimi mövqeyini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın müxtəlif sahələrində böyük regional layihələr həyata keçirmək üçün yaxşı imkanlar əldə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam