Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağa aparan yol

 

       Qarabağın azadlığının yalnız bir yolu-hərb yolu- vardır və bu, Azərbaycan xalqının daxili işidir!

Yenixeber.org: Bu gün xarici himayədarlarına arxalanan, faşizmi dövlət səviyyəsində dəstəkləyən təcavüzkar Ermənistan, daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətləri, başda Rusiya olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinə növbəti dəfə cəlb etmək məqsədi ilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ağır artilleriyadan istifadə etməklə təxribat törədib. Lakin qəhrəman Azərbaycan ordusunun əks-zərbəsi nəticəsində ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub.Təəssüf ki, düşmən təxribatını dəf edən zaman 3 hərbçimiz şəhid olub, 5 hərbçimiz isə yaralanıb. Təkamül Partiyası adından şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. Bu günki hadisələr bir daha göstərdi ki, Ermənistan nəinki işğal etdiyi torpaqları azad etmək fikrində deyil, əksinə yeni ərazilərimizi işğal etmək niyyətindən əl çəkməyib. Bu gün baş verən hadisələr bir daha sübut etdi ki, Qarabağ münaqişəsinin xristian üçülüyünün dominantlıq etdiyi ATƏT-in bədnam Minsq Qrupunun çətiri altında sülh yolu ilə azad ediləcəyi illüziyadan başqa bir şey deyil! Qarabağın azadlığının yalnız bir yolu-hərb yolu- vardır və bu, Azərbaycan xalqının daxili işidir! Təkamül Partiyası olaraq Azərbaycan xalqını, cəmiyətin hər bir üzvünü çətinlikləri, fikir ayrılıqlarını bir kənara qoyaraq ali baş komandanın, prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, vətənimizin maraqları uğrunda hamını səfərbər olmağa çağırırıq! Hesab edirik ki, təcavürkara layiqli cavabın verilməsinin vaxtı artıq tam yetişib! Azərbaycan xalqı olaraq Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirik! Qələbə bizimdir, bizim olacaq!

Teyyub Qənioğlu: yenixeber.org üçün


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam