Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Bölgədə artıq Ermənistan yoxdur” -Zakaryan Paşinyanı ittiham etdi

“Bölgədə artıq Ermənistan yoxdur” -  Zakaryan Paşinyanı ittiham etdi
Ermənistan müdafiə nazirinin keçmiş müavini Artur Zakaryan Ağdamda fəaliyyətə başlayan Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinii şərh edib.

Yenixeber.org: O, baş nazir Nikol Paşinyanın təhriki ilə baş tutan müharibənin bitməsindən sonra Ermənistanın regionda cərəyan edən siyasi proseslərdən kənarda qaldığını iddia edib.
Zakaryan qeyd edib ki, Ermənistanın ətrafında dolayısı ilə ölkənin gələcəyi ilə əlaqəli olan geosiyasi ticarət gedir. Erməni xalqının "Nikolizm"dən əziyyət çəkdiyini bildirən keçmiş nazir müavini Paşinyanın tərəfdarlarını da qınayıb. O, bu cür ermənilərin daxili siyasi dedi-qodu mövzularını təkrarlayaraq, Nikolun bədbəxtlik və şər gətirdiyini hələ də tam anlamadıqlarını söyləyib:

"Nikola yaltaqlanan millət vəkilləri cəfəngiyatlarını müxtəlif beynəlxalq və daxili platformalara daşıdılar, Ermənistanın siyasi mənzərəsini səfehlərin paradına çevirdilər. Bütün bunlarla paralel olaraq, 30 yanvarda Ağdamda Rusiya-Türkiyə Monitorinq Mərkəzi açıldı. İlk dəfədir ki, rus və türk qoşunları atəşkəsi bərpa etmək üçün vahid mərkəzdə birgə çalışacaqlar. Bu, o deməkdir ki, Türkiyə artıq Cənubi Qafqazdakı hərbi mövcudluğunu təsdiqləmək üçün ilk qəti addımını atdı.

Türkiyə Müdafiə nazirinin müavini Karaosmanlının sözlərinə görə, bu mərkəz bütün regionun sabitliyinin təmini üçün strateji əhəmiyyət daşıyacaq. Başqa sözlə, Nikolun yorulmaz səyləri sayəsində qırğına məruz qalan və özünə gəlməyən erməni xalqı, təhlükəsizlik və regional mənafelərini türklərin ixtiyarına verdi. Beləliklə, indi türklər ümumiyyətlə ermənilərin hara, necə, nə qədər və nə üçün qoşun göndərə bilib, ya bilməyəcəyinə qərar verməlidirlər. Bu, Nikolun axmaq qərarının (Kapitulyasiyaya qol çəkmək-red.) və Sorosun təxribatının daha bir nəticəsidir.

Cəmi üç ayda Mərzili kəndi yaxınlığında 4 hektar ərazidə 60 rus və 60 türk hərbçisi üçün 65 yaşayış məntəqəsindən ibarət ortaq monitorinq mərkəzi inşa edildi. Burada Qarabağın hava məkanında izləmə aparacaq dron bazası da yerləşəcək. Mərkəz Rusiya və Türkiyə generallarının ortaq komandanlığı altında Moskva və Ankara ilə daimi təmaslar quracaq. Birgə Mərkəzin təhlükəsizliyi isə Azərbaycan bölmələri tərəfindən təmin ediləcək. Gördüyünüz kimi bölgədə artıq Ermənistan yoxdur!

Rus-türk mərkəzi kimin maraqlarına xidmət edəcək? Ermənistanın, yoxsa Qarabağın? Cavab birmənalıdır - Nə qədər ki, Ermənistanda "Nikolizm"ə yer var, mərkəz həm Ermənistanın, həm də Qarabağdakıların maraqlarını nəzərə almayacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam