Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Macarıstanla Özbəkistan strateji müttəfiq oldu –FOTOLAR

Macarıstanla Özbəkistan strateji müttəfiq oldu – FOTOLAR

Macarıstanın baş naziri Viktor Orban Özbəkistanda səfərdədir. 

Yenixeber.org: Baş naziri böyük heyət müşayiət edir.

Kuksaroy iqamətgahında Baş nazir Viktor Orban üçün qarşılama mərasimi təşkil edildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Viktor Orban kürsüyə qalxdılar. Özbəkistan və Macarıstanın dövlət himnləri səsləndirildi.
Mərasimdə iki ölkənin rəsmi nümayəndə heyətlərinin üzvləri, diplomatik korpusun nümayəndələri iştirak etdilər. Danışıqların ardından Prezident Şavkat Mirziyoyev və Baş nazir Viktor Orban Özbəkistan Respublikası ilə Macarıstan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar.
Həmçinin səfər zamanı çoxşaxəli tərəfdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş 10-dan çox sənəd imzalandı. Dövlət başçılarının iştirakı ilə iki ölkənin nazirlik rəhbərləri imzalanmış sənədləri mübadiləsi etdilər.
Tərəflər Özbəkistan-Macarıstan münasibətlərini qarşılıqlı etimada və geniş ümumi maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə gətirməyə hazır olduqlarını təsdiqlədilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam