Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Viktor Orban-İlham Əliyevi təbrik edib

Viktor Orban İlham Əliyevi təbrik edib
Macarıstanın Baş Naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Yenixeber.org: Təbrikdə deyilir:

"Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə şəxsən öz adımdan və sədri olduğum Fides – Macar Vətəndaş İttifaqı Partiyası adından Sizi səmimi qəlbdən təbrik edirəm. Yeni Azərbaycan Partiyası 1992-ci ildən bəri Azərbaycanın demokratik transformasiyasında və ölkənin inkişafında aparıcı rol oynayıb.

Məmnuniyyətlə bildirirəm ki, ölkələrimiz və partiyalarımız arasında xalqlarımızın mənafeyinə xidmət edən münasibətlər Sizin dəstəyiniz və dostluğunuz sayəsində indi həmişəkindən daha güclüdür. Biz, həmçinin Yeni Azərbaycan Partiyasının ölkənin Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi yönündə səylərini dəstəkləyirik. Sizi əmin edirəm ki, qarşıdakı illərdə də Avropa Qonşuluq Siyasətinin inkişafı Macarıstanın prioriteti olaraq qalacaqdır. Həmçinin ümid edirəm ki, qarşılıqlı maraq doğuran məsələlərdə partiyalararası əlaqələrimizi daha da dərinləşdirəcəyik.

Son onilliklərdə Yeni Azərbaycan Partiyası Azərbaycanın və onun xalqının maraqlarına uğurla xidmət edib. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə yeni uğurlar arzulayıram".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam