Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qəbələyə istirahətə gedənlər -cərimələnib

 

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq və yaxud iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək istirahət məqsədilə rayona gedən şəxslər aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, əsasən istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Polislər tərəfindən planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin portalda iş üçün icazələri olsa da, onların ailə üzvləri ilə birgə istirahət məqsədilə rayona üz tutduqları müəyyən edilib. Həmçinin, reyd zamanı karantin qaydalarını pozaraq icazələri olmadan yaşadıqları rayonları tərk edən vətəndaşlara da rast gəlinib. Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində cərimə protokolu tərtib olunub.

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir. Bir daha vətəndaşlarımızdan özlərinin və digərlərinin də sağlamlığı üçün karantin qaydalarına riayət etmələri xahiş olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam