Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bakıdan -Qəbələyə qeyri-qanuni yollarla istirahətə gələnlər məsuliyyətə cəlb edildi

 

Karantin günlərində icazələri olmadan qeyri-qanuni yollarla  Bakıdan Qəbələyə gələn şəxslər inzibati məsuliyyətə cəlb edilib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər  rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Qəbələdə yerləşən otellərdə, istirahət mərkəzlərində və gündəlik kirayə evlərdə qalan Bakı şəhər sakinləri müəyyən edilib. Həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, Təhlükəsiz Şəhər Xidməti və digər texniki vasitələrin köməkliyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində Bakı şəhərindən Qəbələyə gəldikləri məlum olub.

Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər. İrəlidə bu cür qayda pzountularının olacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

İcazələri olub ancaq  iş məqsədilə rayona ezam olunan vətəndaşlara da rast gəlinib . Polis əməkdaşları tərəfindən onlar planşetlə yoxlanılıb və həqiqətən də müəyyən olunmuş müddət ərzində iş məqsədilə Qəbələyə gəldikləri aydınlaşıb. Onların isə hərəkətində hər hansısa məhdudiyyət tətbiq edilməyib.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam