Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Marketin nəzarətçisi işlədiyi yerin ödəmə terminalından -oğurluq etdi

Marketin nəzarətçisi işlədiyi yerin ödəmə terminalından oğurluq etdi

Yasamal rayonu A.Şərifzadə küçəsində yerləşən marketlərdən birinin içində quraşdırılan ödəmə terminalından oğurluq edilib.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, naməlum şəxs marketə daxil olaraq terminalı sındırıb və oradan 3 500 manat oğurlayıb.

Məlumat daxil olan kimi Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, ödəmə terminalından oğurluq həmin marketdə nəzarətçi işləyən Oğuz rayon sakini Müşfiq Lətifov tərəfindən törədilib.

Əməliyyat zamanı həmin şəxs saxlanılıb. M.Lətifov ifadəsində iş saatı sona çatdıqdan sonra özündə olan açarla marketə daxil olduğunu və ödəmə terminalındakı pulları ələ keçirdiyini bildirib. Oğurlanan pulların bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

M.Lətifovun barəsində 29-cu Polis Şöbəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam