Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Erməni cəmiyyəti eyni səhvi bu dəfə də təkrarlayarsa...” - Politoloq

“Erməni cəmiyyəti eyni səhvi bu dəfə də təkrarlayarsa...” -  Politoloq

"Hazırda məğlubiyyət fonunda Ermənistan daxilində baş verənləri seyr etsək, bu ölkədəki siyasi hakimiyyətin və müxalifətin hələ də normal düşünmək qabiliyyətlərinin olmadığını görmüş olarıq".

Yenixeber.org: Bu barədə politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, hazırda Ermənistanda eks prezidentlər ölkənin indiki ağır durumuna görə bir-birinin, həmçinin hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirirlər:

"Ermənistanın sabiq prezidenti, əli minlərlə günahsız azərbaycanlının qanına bulaşmış Robert Koçaryan son müsahibəsində Paşinyanı günahlandıraraq qeyd edib ki, “Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin artıq heç bir perspektivi yoxdur”. O əlavə edib ki, hakimiyyətdə olsaydı, müharibə baş tutmazdı. Görünür, Robert Koçaryan Paris danışıqları zamanı ayaqyolu adı ilə necə otaqdan çıxıb təyyarəyə minib qaçdığını unudub. Elə bu günlərdə  Ermənistan Prezidentinin müşaviri olmuş, 1991-1997-ci illərdə Qarabağ danışıqlarında iştirak etmiş Jirayr Libaridyan həm keçmiş, həm də indiki hakimiyyəti Qarabağ danışıqlarında tutduqları mövqelərinə görə tutarlı şəkildə tənqid edib. O bildirib ki, “Biz (eks prezident Levon Ter-Petrosyanın komandası) sülh müqabilində əksər rayonları qaytarmaq və status məsələsini sonraya saxlamaq üçün fürsət yaratmaq istəyirdik. Növbəti administrasiyalar əraziləri yalnız status müqabilində geri qaytarmaq qərarına gəldi. Yəni, Qarabağın müstəqilliyinin tanınması və ya ən azı müstəqilliyə yol açan referendum kimi addıma qərar verildi”.  “Nəzərə almalıydıq ki, zaman keçdikcə Azərbaycan öz hərbi qüdrəti və resursları baxımından daha da güclənirdi. Razılaşmaya yolumuz nə qədər uzun idisə, bir o qədər də müharibəyə yaxınlaşırdıq və onu qazanmaq şansımız azalırdı” - deyə o bildirib. Beləcə, indi həm Ermənistandakı hakimiyyət, həm də müxalifət torpaqların əsl sahibinə qayıtdığı reallığı ilə barışmalıdırlar. 1998-1999-cu illərdəki danışıqlardan, 2009-cu ildə Madrid və 2011-ci ilin Kazan görüşündən nəticə çıxarmayan erməni cəmiyyəti eyni səhvi bu dəfə təkrarlamamalıdır".

Politoloq bildirib ki, Ermənistan cəmiyyəti dünənindən və bu günündən sabahı naminə nəticə çıxarmalıdır:

"İndi Ermənistan daxilində baş verən proseslər erməni cəmiyyətindən Cənubi Qafqazda yaxın perspektivdə baş verəcək proseslərə ayıq baxışla baxılmasını tələb edir. Ermənistanın hərbi-siyasi elitası bu gün yeni reallıqla qarşı-qarşıyadır. Reallıq isə ondan ibarətdir ki, Qarabağ Azərbaycandır. Qarabağın Azərbaycan olması ilə yanaşı, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə yaxın zamanlarda quru əlaqəsi yaranacaq. 1990-cı illərin sonunda amerikalı diplomat Pol Qobl tərəfindən təklif olunan Mehri məsələsi onilliklərdən sonra faktiki olaraq reallaşdı. Ermənistan parlamentində Vazqen Sarkisyan və Karen Dəmirçiyanın güllələnməsinə qədər gedib çıxan Mehri məsələsi həmin illərdə bölgənin yeni gələcəyi üçün açar hadisə idi. Məsələ ilə bağlı 16 noyabr 2000-ci ildə Rusiyanın NTV televiziya kanalının “Seqodnya” informasiya proqramında Karen Demirçyanın oğlu Stepan Dəmirçiyan belə demişdi: “Atam oktyabrın ortalarında mənimlə “Mehri variantı” haqqında danışıb. Belə variant müzakirə edilib. O, həddindən artıq həyəcanlı idi və dedi ki, buna qarşı çıxacaq və sonuna qədər dayanacaq”. Tarix dəyişdi, illər keçdi. Hadisələr onu göstərdi ki, Ermənistanın bu gün bu biabırçı duruma düşməsinin əsl səbəbi indiyə qədər müxtəlif vaxtlarda düşmən ölkənin müxtəlif hakimiyyətlərinə təklif olunan həll variantlarının qəbul etməmələridir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam