Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

XİN-dən -Alaverdyanla bağlı Ermənistanın iddialarına münasibət

 
Avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd edib.
Yenixeber.org: Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınıb, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan zərərsizləşdirilib.

İstintaqa cəlb edilən sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycanın silahlı qüvvələrinin şəxsi heyətinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı əsasında bir qrup Ermənistan hərbçisi ilə birlikdə Azərbaycan ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf edib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttinin müxtəlif hissələrində son günlər intensivləşən kəşfiyyat tədbirləri, o cümlədən pilotsuz uçuş aparatlarından istifadənin genişlənməsinin müşahidə edildiyi bir vaxtda, Qurqen Alaverdiyanın rəhbərliyi ilə həyata keçirilən kəşfiyyat-diversiya fəaliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin cəbhə xəttində növbəti hərbi avantüra güddüyünü göstərir və hərbi vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisi kimi qəbul edilməlidir: "Ermənistanın bu mənfur niyyətinin ifşa olunmasından sonra keçirdiyi isteriya və panika vəziyyətində Azərbaycana qarşı əsassız və sərsəm ittihamlar səsləndirməsi beynəlxalq ictimaiyyətin və erməni cəmiyyətinin diqqətini öz hərbi avantürist siyasətinin uğursuzluqlarından yayındırmaq cəhdidir.

Ermənistan tərəfinin Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması, “ermənifobiya” kimi əsassız ittihamlar ehtiva edən bəyanatlarını qətiyyətlə rədd edirik. Azərbaycan tərəfi əsir götürülən Qurqen Alaverdiyana münasibətdə humanitar hüququn tələblərinə uyğun olaraq davranıb.

Bu xüsusda, yada salmaq yerinə düşər ki, Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulmasına dair iddialar irəli sürən ölkə 30 ilə yaxındır ki, Azərbaycana qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı və etnik təmizləmə ilə müşaiyət olunmuş hərbi təcavüz aktı törədən Ermənistandır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 20 000 azərbaycanlı qətlə yetirilib, 50 000 şəxs əlil olub, bir milyona yaxın mülki şəxs öz doğma yaşayış yerlərindən zorla vəhşicəsinə qovulub, 5 364 nəfər itkin düşüb, əsir və girov götürülərək Ermənistan tərəfindən ağır işgəncə və alçaldıcı rəftara məruz qalıb. Bu şəxslərdən 4 000-ə yaxın insanın taleyi hələ də məlum deyil".

Ermənistan hazırda soydaşlarımız, mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlayaraq, onları işgəncəyə məruz qoyub, qanunsuz olaraq azadlıqdan məhrum edib. Ermənistan silahlı qüvvələrinin zabitinin əsir götürülməsi kontekstində humanitar hüququ, o cümlədən Cenevrə konvensiyalarını yadına salan Ermənistan, bu ölkənin əvvəlki və hazırkı hakimiyyəti Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr tərəfindən dəstəklənən hər iki tərəfdə olan əsir və girovların “hamının hamıya qarşı” prinsipi ilə dəyişdirilməsi təklifinə inadkarcasına etiraz etdiyini unutmamalıdır.

Azərbaycana qarşı sərsəm iddialar irəli sürən Ermənistan insanlığın ən adi dəyərlərini və beynəlxalq humanitar hüququn ən ümdə prinsiplərini heçə sayaraq, münaqişə gedişində həlak olmuş şəxslərin meyitlərini belə siyasi və maddi qazanc obyekti etməkdən çəkinməyib, meyitlərə münasibətdə onların peşələrinə və ya hərbi rütbələrinə uyğun olaraq “qiymət cədvəli” tətbiq edən bir dövlət olaraq, humanizm, tolerantlıq və bu kimi ideyalardan danışmağa mənəvi haqqını çoxdan itirib.

Ermənistanın əvvəlki hərbi-siyasi rəhbərliyinin Azərbaycana və onun mülki vətəndaşlarına qarşı törədilmiş ağır müharibə və insanlıq əleyhinə cinayətlərə görə üzr istəməkdən açıq aydın boyun qaçıran hazırkı Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir.

Azərbaycana qarşı sülhün təsisi üçün əlverişli mühitə zərbə vurmaqla bağlı ittiham irəli sürən Ermənistan cari ilin 12-16 iyul tarixlərində dövlət sərhədinin Tovuz istiqamətində cəhd etdiyi hücum, bunun ardınca cəbhə xəttində vəziyyəti gərginləşdirən, münaqişənin nizama salınması cəhdlərinə zərbə vuran təhrikçi və təxribat xarakterli bəyanat və hərəkətləri ilə yaranmış vəziyyətə görə məsuliyyəti öz boynundan atmağa hədəflənmiş uğursuz cəhd göstərir.

Dünya ictimaiyyəti, Tovuz istiqamətində vəziyyətin məqsədyönlü gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin birmənalı məsuliyyət daşıdığını anlayır və bu ölkənin hərbi əsir Qurqen Aleverdiyan ətrafında vəziyyətdən diqqəti yayındırmaq məqsədilə istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.

Azərbaycan tərəfi bir daha Ermənistan tərəfinin ölkəmizə qarşı humanitar hüququn pozulması və ermənifobiya ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq ictimaiyyəti bu ölkəni bölgədə onsuz da həssas olan vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkindirmək üçün əməli addımlar atmağa çağırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam