Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

"ÖLÜMLƏRİN KƏSKİN ARTMASI KORONAVİRUSLA BAĞLI DEYİL..."-Tanınmış psixoloq səbəbini açıqladı

Dövlət Statistika Komitəsinin məlumatına görə 2020-ci il iyun ayında Azərbaycanda 6203 ölüm faktı qeydə alınlb.

Yenixeber.org: Bu rəqəmi 2019-cu ilin iyun ayının göstəriciləri ilə müqayisə edən iqtisadçı ekspert Toğrul Vəliyev bildirib ki, göstərici kifayət qədər az - 4055 ölüm faktı təşkil edib.

Ekspert qeyd edib ki, 2014-2019-cu illərdə iyun ayı üzrə ortalama ölüm göstəricisi 4040 nəfər təşkil edib.

"Rəsmi olaraq iyun ayında koronavirusdan 150 nəfər vəfat edib. Burdan iki nəticə çıxarmaq olar: ya virusdan ölənlərin sayı çoxdur, ya insanlar karantin dövründə stressdən də ölürlər. Yaxud tibbi xidmətin problemlərinə görə ölüm sayı artıb"-deyə T. Vəliyev vurğulayıb.

Tanınmış psixoloq Taryel Faziloğlu hesab edir ki, ölüm saylarında bu qədər fərqin olması anlaşılandır və bunun səbəbinin heç də koronovirus olduğunu düşünmür: "Əsl səbəb daha çox psixoloji amillərdir. Xatırlayırsınızsa, mart ayından etibarən pandemiya iləəlaqədəar statistik, eləcədə digər xəbərlər telekanallarda və radiolarda ağır, neqativ müsiqi fonunda verilib. Həddən çox neqativ yüklü şaiyələrin yayılması və dövlətin xalqla ciddi şəkildə psixoloji iş aparmaq əvəzinə ardıcıl, məntiqsiz sərt karantin elan etməsi, hər fürsətdə xalqı günahkar çıxarmağa çalışması insanlarda çox ciddi psixoloji pozuntulara səbəb oldu. Bu da öz növbəsində insanların xronki xəstəliklərini tətiklədi. Stressə bağlı olaraq imunitetin aşağı düşməsi nəticəsində insanlar bu xəstəliklərə təslim oldular".

Psixoloqun sözlərinə görə, bundan başqa stressin özü də cox ciddi ölüm riski daşıyan bir problemdir: "Təəssüf ki, Azərbaycanda stressdən ölənlərin statistikası aparılmadığında bu problemin təhlükəsini xalqımız dərk etmir. Qısası, ölüm sayı arasındakı bu fərq gösrtərir ki, karantin bizi ölümdən qorumur, əksinə, daha çox öldürür".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam