Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Moskvada son 10 ilin rekord ölüm faizi qeydə alındı –Meriya

Rusiyanın paytaxtı Moskvada aprel ayında son onilliyin rekord ölüm faizi qeydə alınıb.

Yenixeber.org: Bu barədə məlumat Moskva meriyasının bilgi bazasında yer alıb.

Statistikaya görə, 2020-ci ilin aprel ayında paytaxtda 11 846 ölüm hadisəsi qeydə alınıb. Bu, 2010-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Müqayisə üçün, ötən ilin eyni dövründə 10 005 ölüm qeydə alınmışdı. Beləliklə, ölüm səviyyəsi keçən ilə nisbətən 15,5% artıb.

Bundan başqa, 2010-cu ildən 2019-cu ilədək aprel ayında qeydə alınmış ölüm hallarının orta sayı 9 866 nəfər təşkil edib. Bu, 2020-ci ilin aprel ayında qeydə alınmış ölüm hadisələrindən 20% azdır.

Qeyd edək ki, son məlumata görə, Moskvada pandemiya qurbanlarının sayı 1 124 nəfərdir. Son sutkada isə bu rəqəm 56 nəfər təşkil edib. Paytaxtda indiyədək 115 909 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu göstəriciyə görə şəhər Çin və İranı qabaqlayır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam