“Pilgrim Education” adlı TƏHSİL TƏLƏSİ... -İTTİHAM VAR...
Son günlər ölkədə fəaliyyət göstərən “Xaricdə Təhsil Şirkətləri” haqqında gəzən söz-söhbətlər heç də xoş məqamlardan xəbər vermir.
Yenixeber.org: Doğrudur, elə şirkətlər var ki, işlərini mükəmməl həyata keçirir və tələbələrin diqqətini cəlb edir. Gələcəyimiz olan gənclərin bir qismi arzu edir ki, ölkə xaricində təhsillərini davam etsinlər, Vətənə layiqli vətəndaş kimi xidmət etsinlər. Əfsüslər olsun ki, “Xaricdə Təhsil Şirkətləri” adı altında xoşagəlməz hallara yol verilir, vətəndaşların etibarından sui-istifadə edib onların pullarını mənimsəyirlər. Qeyd etdiyim nöqsanlarla bağlı kifayət qədər arqument, dəlil göstərmək olar.
Rubrika.Az bildirir ki, dosye.org-a müraciət edən bir qurup gənc media vasitəsi ilə dövlət qurumlarına, bir sözlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya müraciət etmək fikrindədir. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı bir neçə tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacaq.
Redaksiyamıza şikayət edən Qurbanova Türkan Seymur qızı, Soltanova Rəna Pərviz qızı, Hacıyeva Firuzə Namiq qızı, Hüseynova Tahirə Rəhmaz qızı və digərləri iddia edirlər ki, Aisa Aslanova onları aldadıb və götürdüyü öhtəliklərin heç birini yerinə yetirməyib.
Əksinə, A. Aslanovanın mobil telefonuna zəng edən gənc şikayətçilər gözlənilmədən müəyyən qurumların adları ilə hədələnib. Məsələ ilə bağlı qarşı tərəf kimi Aisa Aslanova ilə telefon əlaqəsi yaratdıq.
Qarşı tərəf isə bir qurup gəncin iddialarını qəbul etmədi, onları şantajçı adlandırdı. Onu da qeyd edək ki, ödənişlər kart vasitəsi ilə həyata keçirilib.
Maraqlı məqam ondan ibarətdir ki, bu cür çirkətlər daha çox reklam qazanır, universitetlərlə əməkdaşlıq edir, tədbirlərə dəvət edilir. Məhz bundan sonra tələbələr həmən şirkəti ciddi qəbul edərək sövdələşməyə imza atır.
Digər gənclərə tösiyyə olunur ki, “Xaricdə Təhsil Şirkətləri” ilə əlaqə qurduqda diqqətli olsunlar. Heç bir halda razılaşmarıq ki, gələcəyimiz olan gənclər bir qurup arzuolunmaz şəxslərin qurbanına çevrilsin. Ələxsüsdə, “Pilgrim Education” şirkəti ilə qəti təmas qurmasınlar. Əks halda yuxarıda adı hallanan gənclərin aqibətini sizlərdə yaşayacaqsınız. Bütün hallarda haqları tapdalanan gənclərin müdafiə edəcəyik və bu barədə daha yuxarı dairələrə məlumat veriləcək.
Məqalədə adı hallanan “Pilgrim Education” şirkətinin rəhbəri Aisa Aslanovanın da mövqeyini dərc etməyə hazırıq. (Rubrika.Az)