Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rəhbərlik dəyişibmi? -Xəzər TV-dən AÇIQLAMA

 

Rəhbərlik dəyişibmi? - Xəzər TV-dən

“Son günlər Xəzər TV MMC barədə mətbuatda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır”.

 

Yenixeber.org: Bu barədə Xəzər TV MMC-dən redaksiyamıza daxil olan açıqlamada bildirilir.

Açıqlamada qeyd edilib ki, bəzi saytlar xüsusi canfəşanlıqla guya Xəzər TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin aparıldığı ilə bağlı “məlumatlar” yayırlar: “Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa “mənbədən” aldıqlarını iddia edirlər. Amma Xəzər TV-nin mövqeyini öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir. Xəzər TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. Xəzər TV, əvvəllər olduğu kimi, Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq, normal iş qrafikində fəaliyyətini davam etdirir”.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam