Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Deputat Əsabil Qasımov unun qiymətini artırıb

 

Deputat unun qiymətini artırıb

 

Son vaxtlar Azərbaycanda bəzi ərzaq mallarının bahalaşdığı bildirilir. Xüsusilə unun, çayın və başqa bir neçə məhsulun qiymətində artım olduğu vurğulanır.

Yenixeber.org: Paytaxt sakinlərinin deməsinə görə, yaxın vaxtlara qədər “Karmen” MMC-nin məhsulu olan 50 kiloqramlıq bir kisə unu 25 manata alıblar. Amma oktyabrın 12-də onu 28 manata aldıqlarını qeyd edirlər.

Xatırladaq ki, “Karmen” şirkəti deputat Əsabil Qasımova məxsusdur.

Son vaxtlar bəzi növ çayların da Bakıda 20 faiz bahalaşdığı deyilir.

Marketlerdə bunu həmin məhsulların qiymətlərinin topdan satış məntəqələrində artması ilə izah ediblər. Amma məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi haqqında son məlumatda isə ucuzlaşmadan bəhs edilirdi. Orada yazılmışdı ki, bu ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz ucuzlaşıb. Qurumun açıqlamasına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Müstəqil ekspertlər rəsmi rəqəmlərə şübhə ilə yanaşırlar.(gününsesi.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam