Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Naxçıvandan - Ermənistana keçən bəbirlər minaya düşüb

"Gələn il Azərbaycanın Milli Parklarında quraşdırılması üçün daha 40 fototələ alınacaq".

Yenixeber.org: Bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.

Onun sözlərinə görə, 50-ə yaxın yeni fototələ alınıb: “Bu il əlavə fototələlər almağa imkanımız yoxdur. Amma gələn il bunu həyata keçirə biləcəyik. Gələn il üçün 40-a yaxın fototələlərin alınması nəzərdə tutulur. Hazırda yalnız iki - Zəngəzur və Hirkan Milli Parklarında ümumilikdə 120 fototələ var. Fototələlər əsasən “Bəbirlərin mühafizəsi” layihəsi çərçivəsində alınıb. Amma bu qurğu yalnız bəbirləri deyil, qarşısından keçən bütün heyvanları çəkir”.

“Fototələ ilk növbədə quraşdırıldığı ərazidə heyvanların olub-olmamasını müəyyən etməyə kömək edir. Fototələlər heyvanların cığırları üzərində yerləşdirilir. 10-15 metrdən keçən heyvanların şəklini çəkir. İkincisi, həmin heyvanların cinsini, yaşını, heyvanların gəzmə arealını, fəsli və gündəlik miqrasiyasını müəyyənləşdirir. Misal olaraq, Naxçıvanda bəbirlərdən bir neçəsi Ermənistana keçərkən minaya düşmüşdü və gördük ki, erkək bəbirlərin ayaqları yaralanmışdı. Fototələlər vasitəsilə müşahidə etdik ki, onlar bir ay çox zəifləmişdilər, sonra isə yenidən adaptasiya oldular. Hətta bəbirlərdən biri 3 ayaqla 170 km yol qət etmişdi”- deyə o, vurğulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam