Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Nərimanov rayonunda-"Yaradıcılıq zirvəsini fəth edək!"

 

Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin daha bir seçim turu keçirilib.

 

Yenixeber.org:  31 may 2019-cu il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin daha bir seçim turu keçirilib.

Seçim turunda “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin nümayəndəsi Rəşad Bayramov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Nurlan Hüseynov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 nəfər fəal yeniyetmə və gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Nurlan Hüseynov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu vardır.       

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin nümayəndəsi Rəşad Bayramov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır. R.Bayramov qeyd etdi ki, gənclərin maarifləndirilməsinə dair ölkəmiz hər cür şərait yaradır, gerisi isə gənclərin öz əlindədir. Təhsil almaq, gələcəyin yararlı bir adamına çevrilmək hər bir adi gəncin əlindədir, sadəcə verilmiş bu şanslardan istifadə etmək kifayət edər ki yaradıcı gənc kimi yetişəsən

Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd etdi ki, müasir gənclərimiz həyatın hər tərəfli fəaliyyətində öz qabiliyyətlərini göstərməkdədirlər. Gənclərimiz incəsənətdə – musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində,  idmanda öz uğurları ilə seçilirlər. Azərbaycanın elə bir guşəsi yoxdur ki orada yaradıcı gənclər olmasın, həmçinin onlara qayğı və şərait göstərilməsin. V.Ömərov vurğuladı ki, həmçinin dünyada gənclərin aktivliyi, gənclərin formalaşması, cəmiyyətdə, dövlətə verdiyi qayğı və fayda əvəz olunmaz həddə çatıb. Buna görə də dünyanın hər bir ölkəsində gənclərə xidmət edən, onların bilik və bacarıqları üzə çıxarda biləcək, onlardan faydalanma imkanı verə biləcək  təşkilatlar yaradılır.

Tədbirin rəsmi hissəsindən sonra layihənin seçim turuna start verildi. Seçim turunda Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri, 34 saylı məktəbin və Məktəb-Lisey Kompleksin şagirdləri bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirdilər. Layihədə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri iştirak edirlər.

Qeyd edək ki, artıq 4 seçim turu “Bakı Avrasiya” Universitetində, 291 saylı “Ekologiya” liseyində,  “Odlar Yurdu” Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilib. Ümumiyyətlə layihə müddətində 5 seçim turu və nəticələrə uyğun olaraq qala konsert təşkil ediləcək.

 

                                                                                      

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam