Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin təlimi və intellektual yarışı keçirilib-Nərimanovda

 

 

 

Yenixeber.org: 18 dekabr 2018-ci il tarixdə “Təfəkkür” Universitetinin iclas zalında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin təlimi və intellektual yarışı keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Röya Hacıyeva, layihənin təlimçisi Rəşad Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Əli İsgəndərli və 30 nəfər gənc iştirak etmişdir.

İlk öncə qonaqları salamlayan “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Röya Hacıyeva tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. P.Mustafayev qeyd etdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında könüllülük haqqında geniş anlayış formalaşdırmaq, tədbir zaman iştirakçıların daha çox marağına nail olacaq müxtəlif üsul və vasitələrdən istifadə, KİV-də məlumatların dərc edilməsi, təlimlərin və seminarların, idman və intellektual yarışmaların keçirilməsidir.

Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır. İməcliklərlə bir‐birinin evini tikən, torpağını şumlayan ataların, toplaşıb birlikdə şəkərbura bükən, təmizlik işləri görən anaların övladları olaraq, biz bu gün bütün dünyada böyük vüsət almış könüllülük hərəkatının öncülləri sırasına qədər gəlmişik.

Daha sonra qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Rəşad Bayramov çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyət sahəsi yalnız biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür.Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.

Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Rəsmi hissədən sonra “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin intellektual yarışına start verilmişdir. İntellektual yarışında qalib gəlmiş könüllülər “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.

Qeyd edək ki, layihə çərçivəsində 6 müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında intellektual və idman yarışları keçiriləcəkdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam