Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Nərimanov rayonunda:"Yaradıcılıq zirvəsini fəth edək!"

Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin seçim turu keçirilib.

Yenixeber.org:  27 may 2019-cu il tarixdə 291 saylı “Ekologiya” liseyində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin seçim turu keçirilib.

Seçim turunda “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov,  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 nəfər fəal yaniyetmə və gənc iştirak etmişlər.

  İlk öncə qonaqları salamlayan "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır. P.Mustafayev qeyd etdi ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən  qoyulur. Hər bir gəncin kiçik yaşlarından  əldə etmək istədiyi, dəyər verdiyi və onun reallaşmasına can atdığı arzuları vardır, bununla yanaşı xüsusi qabiliyyət və bacarıqları vardır  ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd etdi ki, gənclərin vətənpərvər ruhlu yetişməsində, dövlətə qayğı göstərməsində, yaradıcı kimi formalaşıb cəmiyyət içərisində yararlana bilməsində ən böyük dəstəkçisi xalqın  özüdür. Bu o xalqdır ki, keçmişdən bəri vətən uğrunda döyüşmüş, öz var gücünü əsirgəməmişdir, bu o xalqdır ki, sadəcə qəhrəman titulu vermək yetməz. Gənclər də xalqın, vətənin gələcəyinin göstəriciləridir. V.Ömərov vurğuladı ki, həmçinin dünyada gənclərin aktivliyi, gənclərin formalaşması, cəmiyyətdə, dövlətə verdiyi qayğı və fayda əvəz olunmaz həddə çatıb. Buna görə də dünyanın hər bir ölkəsində gənclərə xidmət edən, onların bilik və bacarıqları üzə çıxarda biləcək, onlardan faydalanma imkanı verə biləcək  təşkilatlar yaradılır.

Tədbirin rəsmi hissəsindən sonra layihənin seçim turuna start verildi. Seçim turunda gənclər bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirdilər. Layihədə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri iştirak edirlər.

Qeyd edək ki, artıq 2 seçim turu “Bakı Avrasiya” Universitetində və 291 saylı “Ekologiya” liseyində həyata keçirilib. Ümumiyyətlə layihə müddətində 5 seçim turu və nəticələrə uyğun olaraq qala konsert təşkil ediləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam