Nərimanovda növbəti tədbir keçirilib-FOTOLAR
Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin açılış mərasimi keçirilib.
Yenixeber.org: 24 may 2019-cu il tarixdə “Bakı Avrasiya” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin açılış mərasimi və ilk seçim turu keçirilib.
Açılış mərasimində “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Bakı Avrasiya" Universitetinin Rektorluğunun mütəxəssisi Kamil Məhəmmədli, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 nəfər fəal gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan "Bakı Avrasiya" Universitetinin Rektorluğun mütəxəssisi Kamil Məhəmmədli tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu vardır.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır. P.Mustafayev qeyd etdi ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. Hər bir gəncin kiçik yaşlarından əldə etmək istədiyi, dəyər verdiyi və onun reallaşmasına can atdığı arzuları vardır, bununla yanaşı xüsusi qabiliyyət və bacarıqları vardır ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar.
Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd etdi ki, gənclərin vətənpərvər ruhlu yetişməsində, dövlətə qayğı göstərməsində, yaradıcı kimi formalaşıb cəmiyyət içərisində yararlana bilməsində ən böyük dəstəkçisi xalqın özüdür. Bu o xalqdır ki, keçmişdən bəri vətən uğrunda döyüşmüş, öz var gücünü əsirgəməmişdir, bu o xalqdır ki, sadəcə qəhrəman titulu vermək yetməz. Gənclər də xalqın, vətənin gələcəyinin göstəriciləridir.
Çıxışlardan sonra layihənin seçim turuna start verildi. Seçim turunda gənclər bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirlər. Layihədə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri iştirak edirlər.
Qeyd edək ki, layihə müddətində 5 seçim turu və nəticələrə uyğun olaraq qala konserti təşkil ediləcək.