Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

"Narkomaniya və onun fəsadları" adlı təlim keçirilib ***Nərimanovda - Fotolar

 
Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi baş tutub

Yenixeber.org: 30 may 2018-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib.  Təlimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal ÖmərovNərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev və 50 nəfər fəal gənc iştirak etmişlər.  İlk öncə qonaqları salamlayan Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.  Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı, layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsidir. V.Ömərov Azərbaycan dövləti tərəfindən gənclərin sağlamlığının qorunmasına, sağlam həyat tərzinin təbliği prosesinə xüsusi diqqət yetirildiyini vurğuladı.  Mövzu ətrafında çıxış edən Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov bu kimi tədbirlərin həm gənc nəslin bu sagə üzrə maarifləndirilməsindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Rüstəmov bildirmişdir ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.Narkomaniya insanın şüurlu olaraq özü-özünü ölümə məhkum etməsidir. Narkomaniya insanın daxili orqanlarının yavaş-yavaş itirilməsi deməkdir. Narkomaniya şəkərli diabet, hepatit və ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəliyin yaranması deməkdir. Bütün bunlarla yanaşı, narkomaniya bu bəlaya düçar olan insanların yaxınları, ətrafındakıları ilə problemlərinin yaranması, psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməsi deməkdir. Və ən dəhşətlisi isə narkomaniya dünyaya qüsurlu övladların gətirilməsi deməkdir.  Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırmışlar.
   

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam