Türkmənistanla Azərbaycan Axaltəkə və Qarabağ atları üzrə birgə səylər göstərəcək-FOTO
Gələcəkdə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsini planlaşdırırıq.
Yenixeber.org xəbər verir ki, bunu Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.
Qurbanqulu Berdiməhəmmədov deyib ki, Türkmənistanla Azərbaycan Axaltəkə və Qarabağ atlarının saxlanılması ilə bağlı birgə səylər göstərəcək:
“Biz digər türk dövlətləri ilə də birgə belə fəaliyyətlər həyata keçirə bilərik. Eyni zamanda, birgə tələbə təqaüdləri təşkil oluna bilər”.