Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

11 yaşlı Rasimdən 23 gündür xəbər yoxdur...- FOTO

 

Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevdən hələ də xəbər yoxdur. 

Yenixeber.org xəbər verir ki, Boztəpə kanalında batdığı ehtimal edilən Rasim 1 aya yaxındır ki, axtarılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov müraciətimizə belə cavab verdi: “Ötən ilin dekabr ayının 26-da saat 14 radələrində İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü R.Xankişiyevin yaşadığı kəndin ərazisindən keçən “Boztəpə” su kanalına düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunub.  

Həmçinin azyaşlının ola biləcəyi ehtimal olunan su kanallarında Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarış tədbirləri aparılıb, lakin nəticə əldə etmək mümkün olmayıb”.

Açıqlamada qeyd edilib ki, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Azyaşlının tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri bütün tədbirlər icra olunur.

Məlumat üçün bildirək ki, Rasimin ailəsi onun axtarışları ilə bağlı ARB TV-də yayımlanan “Səni Axtarıram” verilişinə də qatılıb. Həmin verilişdə hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşılan xəbərlərə yazılan şərhlər də müzakirəyə çıxarılıb. İzləyicilərdən biri azyaşlının TIR sürücüsü tərəfindən vurulduğunu və bundan sonra kanala atıldığını iddia edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam