Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

1991-ci ildən günümüzə: Azərbaycanda seçicilərin sayı necə dəyişib...QRAFİK -FOTO

Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. Fevralın 7-də ölkəmizdə 9-cu dəfə prezident seçkiləri keçiriləcək.Qanunvericiliyə görə, 18 yaşı tamam olmuş hər kəs aktiv seçki hüququna malikdir. Yəni seçki günü yaşı 18-dən yuxarı olan hər kəs səs verə bilər. Məcəllədə bildirilir ki, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur.

Yenixeber.org: 1991-ci ildən bu yana Azərbaycanda seçicilərin sayının necə dəyişdiyini araşdırılıb.

Bu ilin aprel ayında seçicilərin dəqiqləşdirilməsindən sonra məlum olub ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%). Hazırda isə seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir.
 


Ölkəmizdə ilk prezident seçkiləri 1991-ci ildə keçirilib. Həmin seçkilərdə Azərbaycanda 3.6 milyon seçici qeydiyyatda olub. Beləliklə, son 32 ildə Azərbaycanda seçicilərin sayı 1.7 dəfə artıb.

Sonuncu keçirilən prezident və parlament seçkiləri zamanı seçici siyahısında olan şəxslərin sayı 5.3 milyondan çox olub. Həmin seçkilərdən bu yana Azərbaycanda seçicilərin sayı 1 milyondan çox artıb.

1992 və 1993-cü illərdə keçirilən prezident seçkiləri zamanı seçicilərin sayı 4 milyondan bir qədər artıq olub. 2013-cü il seçkilərinə qədər seçicilərin sayı 5 milyona qədər artıb və həmin il keçirilən prezident seçkilərində 5.2 milyon nəfərə çatıb.(Modern) 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam