Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Jurnalist Tiktokeri İFŞA ETDİ: “Milyonlarla dollar “qara pul…”

 

Jurnalist Məhəmmədəli Qəribli və “Tiktoker”Ləman Vəliyeva arasında qalmaqal yaşanıb.

Yenixeber.org xəbər verir ki, jurnalist “Facebook” hesabında “Tiktoker”in videosunu paylaşaraq bu sözləri yazıb: ”Bunun adı Ləmandır. Çox böyük izləyici kütləsi olan tiktokerdi. Hər ay “TikTok”da milyonlarla dollar “qara pul” yuyan, Türkiyədəki “Dilan Polat” işindən heç nəyi ilə fərqlənməyən Azərbaycandakı “jeton mafiyası” tərəfindən mənə qarşı istifadə olunduğunu açıq etiraf edir. Mən bunu bilirdim”.

Qəribli Vəliyevanın sifarişlə onu təhqir etdiyi iddia edib:“Çünki buna sifariş edirdilər, canlı yayımda məni söyürdü, əvəzində pul ekvivalentində olan bahalı hədiyyələr atırdılar. Bilirsiniz niyə? Çünki mən bunların iç üzünü ifşa edirdim. Deyir ki, güya mənim ağzımı yumub. Səhv salır, bunun yumduğu başqa şey ola bilər. Mənim ağzımı yummaq bu səviyyədə olanların başı üçün deyil”.

Jurnalist aidiyyatı qurumların “TikTok” sosial platforması ilə bağlı tədbirlər görməməsindən şikayətlənib: “İndi həmin mafiya ilə bunun arası dəyib deyə, belə etiraflar edir. Təəssüflər olsun ki, çoxsaylı müraciətlərimə baxmayaraq, “TikTok” dakı “jeton mafiyası” ilə bağlı ciddi tədbir görülmür”.(Oxu)

Mövzu ilə bağlı “Tiktoker”lə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam