Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Deputat: “Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!”

 

Milli Məclisin deputatı Razi Nurullayev Türkiyənin pop ulduzu Tarkanın ötən gün Bakıda keçirilən konsertində ciddi problemlərin yaşandığını bildirib.

Yenixeber.org xəbər verir ki, millət vəkili bu barədə öz feysbuk hesabında paylaşım edib.

R. Nurullayev Tarkanın Azərbaycan tamaşaçılarından üzr istəməli olduğunu bildirib:

“Dünən Tarkanın Bakıda konserti olub və bilet alan vətəndaşlar haqlı olaraq narazı qalıb. Mənə narazılığını bildirən və bu məsələnin bəzi narahatverici məqamlarını söyləməyimi istəyiblər. Millət vəkili kimi, Milli Cəbhə Partiyası – MCP sədri kimi bunları demək haqqım var”.
Birincisi, bahalı bilet alan vətəndaşlar niyə akustikanı bərbad eşitməli idilər? Necə olur ki, zalda konsert gedir, Tarkan 4-5 mahnı oxuyub, amma hələ zala daxil olmayanlar var. İnsan zala daxil olur və görür ki, konsertin az qala yarısı bitib. Azərbaycan vətəndaşına niyə ikinci sort kimi yanaşılmalıdır? Təşkilatçılar bu yanaşmanı və diqqətsizliyi başqa bir Avropa xalqına edə bilərdilər? Sizləri məhkəmələrdə süründürər və pullarını geri almaqla bərabər, təzminat da tələb edərdilər”.

Razi Nurullayev: "Prezident İlham Əliyevə qətiyyətli sərkərdəlik bacarığına görə minnətdaram"

Razi Nurullayev

Deputat pop ulduzun tamaşaçılara qarşı hörmətsizlik edildiyini deyib:

“Təşkilatçılar, Tarkan və komandası ciddi qüsurlara yol verib. Tapmısınız fağır xalq, haqqını tapdalayırsınız, deyirsiniz ki, səsi çıxmayacaq? Onların səsini deyən millət vəkilləri var. Bunu da bilin! Azərbaycan vətəndaşları nə ikinci, nə də üçüncü sortdur. Ayıb edin!

Tarkan və komandası tamaşaçılara böyük hörmətsizlik edib. Yüz dənə şərt irəli sürürsən və tələb edirsən ki, olmalıdır. Bəs oxuduğun mahnıların akustikası niyə bərbad olub? Ekran görüntüsü isə fəlakət. Texniki məsələlərə də müğənninin komandası cavabdehlik daşıyır. Qüsur var idi, konsert verməzdi. Belə çıxır ki, pul qazandın, tamaşaçılar da narazı qaldı. Daha zəhmət çəkib, pul xərcləyib ora niyə gedirdilər, elə Youtube-da qoyub baxardılar kliplərə.

Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam