50 siyasi partiya Gəncə terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi-MƏTN
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Birləşmiş Millətlər Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna (UNICEF), Ərəb Dövlətləri Liqasına, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ISESCO), Milli Demokratiya İnstitutuna, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, İslam Əməkdaşlıq Təşkilatına, Ümumdünya İslam Konqresinə, Avronest Parlament Assambleyasına, Beynəlxalq Qaçqınlar Təşkilatına, “Human Rights Watch”, “Transparency International”, “Amnesty International”, Sərhədsiz Jurnalistlər və Sərhədsiz Həkimlər təşkilatlarına Ermənistanın 2020-ci il oktyabrın 17-də Gəncədə törətdiyi növbəti terror aktı ilə bağlı müraciət ünvanlayıb.
Yenixeber.org: Müraciəti təqdim edirik:
Müraciətdə deyilir: Sülhsevər dünya ictimaiyyətinin müharibəni bir vasitə kimi qəbul etməyən, mülki əhalinin, uşaqların və körpələrin öldürülməməsini tələb edən humanist insanların, dövlətlərin və beynəlxalq təşkilatların diqqətinə!
Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanması bölgə və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etmişdir. Bu silahlanma əsasən Azərbaycana qarşı yönəlmiş və yeni ərazilərin işğal edilməsi ilə bağlı olmuşdur.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının zəruriliyi açıq şəkildə tələb edilir. Bu qətnamələrdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməz olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı qeyd olunur.
Ermənistan 30 ildir bu qətnamənin şərtlərinə əməl etmir, militarist siyasət həyata keçirir və Azərbaycanın yeni ərazilərini işğal etməyə çalışır.
Ermənistan 2016-cı ilin aprel ayında atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamış, mülki əhalinin yaşadığı qəsəbə və kəndləri ağır silahlardan bombalamışdır.
Atəşkəs razılaşmasının şərtlərinə əməl etməyən, Azərbaycanın yeni ərazilərini işğal etməyi qarşısına məqsəd qoyan Ermənistan cari il iyulun 12-də Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlamış, Azərbaycan Ordusunun layiqli cavabından sonra geri çəkilməyə məcbur olmuşdur.
2020-ci il sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. Bu zaman əsasən Azərbaycanın böyük şəhərləri, mülki sənaye obyektləri ən müasir raketlərlə bombalanmışdır.
Ermənistanın silahlı qüvvələri 27 sentyabr – 17 oktyabr tarixləri arasında döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini mütəmadi olaraq raketlərlə atəşə tutmuş, mülki əhaliyə qarşı müharibə cinayətləri törətmişdir.
Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat ikidə öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni “Elbrus” ballistik raketlərlə (SCUD) bombalamışdır. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmış, həmçinin 3 bina tamamilə məhv edilərək, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.
Ermənistan silahlı qüvvələri işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raketlə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu atəşə tutmuşdur.
Ermənistan beynəlxalq etirazlara baxmayaraq, yeni hərbi cinayət törətmiş, onun 2020-ci il oktyabrın 17-də gecə saat bir radələrində Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə üçüncü dəhşətli hücumu çoxlu sayda mülki insanların itkisinə səbəb olmuşdur. Nəticədə 13 şəxs, o cümlədən 2 uşaq həyatını itirmiş, 45-dən çox insan ciddi şəkildə yaralanmışdır. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Bu cinayət nəticəsində ölü və yaralıların sayının daha da artacağı ehtimalı olduqca yüksəkdir.
Gəncə şəhərinin dinc sakinlərinin ballistik raketlərlə atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar müharibə cinayətidir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.
Bununla da Ermənistan islaholunmaz, terrorçu ölkə olduğunu növbəti dəfə nümayiş etdirdi. Rəsmi İrəvan sübuta yetirdi ki, onunla danışmağın heç bir mənası yoxdur. Gəncənin dinc sakinləri şirin yuxuda ikən düşmən onları hədəfə aldı.
Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə qınayır, terrorçu dövlətin cəzalandırılmasını tələb edir və bildiririk:
Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyimizi bildirir, Azərbaycan xalqı ilə birlikdə onun ətrafında polad yumruq kimi birləşdiyimizi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.
Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır.
Ermənistanın davam edən hərbi təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dərhal dayandırılmalı və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.
Ermənistana silah satan dövlətlər Azərbaycan şəhərlərinin və rayonlarının bombalanması nəticəsində qadınlara, uşaqlara və körpələrə qarşı törədilən cinayətlərə ortaq olmaması üçün dərhal silah satışını dayandırmalıdır.
Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarlar ədalət mühakiməsinə cəlb edilməlidir.
1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
3. Ana Vətən Partiyası – Fəzail Ağamalı
4. Böyük Quruluş Partiyası – Fazil Mustafa
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
7. Vəhdət Partiyası – Tahir Kərimli
8. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
9. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
10. Milli Cəbhə Partiyası – Razi Nurullayev
11. ReAL Partiyası – İlqar Məmmədov
12. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
15. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn
16. Ədalət Partiyası – İlyas İsmayılov
17. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
18. Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər
19. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan
20. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
21. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
22. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
23. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
24. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
25. Böyük Azərbaycan Partiyası – Elşad Musayev
26. Milli Vəhdət Partiyası – Yunus Oğuz
27. AĞ Partiya – Tural Abbaslı
28. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
29. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
30. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
31. Azadlıq Partiyası – Əhməd Orucov
32. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
33. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
34. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
35. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov
36. Yeni Zaman Partiyası – Musa Ağayev
37. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev
38. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
39. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov
40. Milli Konqres Partiyası – İxtiyar Şirinov
41. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
42. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
45. Birlik Partiyası – Xudadat Xudiyev
46. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
47. Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov
48. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
49. Qorqud Partiyası – Firudin Kərimov
50. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
Qeyd edək ki, bu müraciət yuxarıda göstərilən 30 təşkilata ayrı-ayrılıqda göndəriləcək.