Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi -FOTOLAR

nar-sosial-mesuliyyetli-biznes-modelini-ada-universitetinde-teqdim-etdi

Həyata keçirdiyi davamlı və faydalı layihələri ilə cəmiyyətə töfhə verən “Nar” zəngin korporativ sosial məsuliyyət (KSM) təcrübəsini ADA Universitetinin tələbələri ilə bölüşdü. Təqdimat “Nar”ın KSM strategiyasının müəllifi, Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov tərəfindən keçirildi.

Yenixeber.org: Təqdimatda bizneslərin sosial məsuliyyəti mənimsəməsi, KSM strategiyasının yaradılması, müsbət fərq yaradan sosial layihələrin icrası və onların davamlılığının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Uğurlu model olaraq, “Nar”ın KSM strategiyasının əsas istiqamətləri – fiziki məhdudiyyətli şəxslərə dəstək, təhsilə və maarif və milli ənənələrin yaşadılması yönündə həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.

Xatırladaq ki, bir neçə ay öncə “Nar”ın “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” sosial layihəsi dünya üzrə ilin ən yaxşı KSM layihəsi kimi mükafata layiq görülmüşdü. Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Qızıl Dünya Mükafatı”na layiq görülən “Nar” bənzər mükafata 2019-cu ildə fiziki məhdudiyyətli şəxslər üçün keçirdiyi “Təlim məktəbi” sosial layihəsi ilə layiq görülmüşdü.

Cəmiyyətə faydalı və eləcə də, qlobal miqyasda tanınan sosial layihələri həyata keçirən “Nar”ın məqsədi həm də uğurlu KSM təcrübəsini gələcəyin biznes idarəedicilərinə tanıtmaq, onları sosial məsuliyyətli biznes strategiyası qurmağa təşviq etməkdir. Korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirilən layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam