Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Hansı şəxslər restoranda işləyə bilməzlər? -Mütəxəssisdən AÇIQLAMA

 

Bakıda bir sıra restoranlarda, qida obyektlərində aparılan yoxlamalar nəticəsində temperaturun monitorinqi və qeydiyyatının, eləcə də müvafiq təmizlik işlərinin düzgün aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub. 

Yenixeber.org Maraqlıdır, görəsən, hansı xəstəlikləri olanlar restoranlarda işləyə bilməzlər?

Məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, ictimai iaşə müəssisələrində işə qəbul olunarkən həmin şəxsin mütləq şəkildə sağlamlıq haqqında arayışı olmalıdır.

Mütəxəssisin sözlərinə görə, bəzən sağlamlıq haqqında şəhadətnaməsi olan insanda da hər hansı bir virus və ya digər xəstəliklər aşkarlanır:

“Bunun əsas səbəbi bəzi hallarda vətəndaşın heç bir yoxlanışdan keçmədən, qeyri-şəffaf şəkildə sağlamlıq haqqında şəhadətnamə almasıdır. Ona görə də restoran və ya hotellərə işə qəbul zamanı həmin şəxs bütün analizləri verib, həkim tərəfindən müayinə olunmalıdır. İctimai iaşə müəssisələrində əsas problemlərdən biri də soyuducudur. Soyuducuların düzgün temperaturda olmaması ət məhsullarının mikrobioloji çirklənməyə məruz qalmasına səbəb olur. Bunun üçün müxtəlif restoranlarda monitorinqlərin aparılması zəruridir”. 

Ağa Salamov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, təmizlik işləri də mühüm məsələlərdən biridir:

“Təmizlik işləri keçirilən təlimlərdən asılıdır. Hazırda heç bir ictimai iaşə müəssisəsində təmizliklə bağlı təlimlər keçirilmir və buna maraqlı olan sahibkarlar da yoxdur. Restoranlarda çalışan təmizlik işçilərinin nə gigiyenadan, nə təmizlikdən xəbərləri var. Ona görə də restoranlarda antisanitar vəziyyət baş alıb gedir, qida zəhərlənmələri baş verir”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam