Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş –VİDEO

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanlar saxlanılıblar. Məlum olub ki, onlardan biri general oğludur.
Yenixeber.org: Polis əməkdaşları həmin şəxsləri saxlayıblar. Məlum olub ki, həmin şəxslər Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyevadır.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.
Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.
Xatırladaq ki, Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.
Bu hadisədən sonra general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.(Azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam